![]() |
![]() |
|
| عشق و دوستی |
|
چیلله گجه سی چیلله گجه سینین یولدان یتیشمسین سیز و آیله لریزه تبریک ادیرم و هامینیزا خوش ساعات لار آرزولاییرام. |
|
Çillə gecəsi Çillə gecəsi ilin 365 gününün ən uzun gecəsidir.Bu gecə, şəmsi ilinin, dey ayin başlanqıc gecəsi - azər ayının sonuncu gecəsi və 3 ay novruz bayramına qalmiş bir gecədir. Milad tarixi ilə dekabrın 21-indən 22-ə keçən gecədir. Bu gecəni əsasən cənubi azərbaycanda və qismən şimali azərbaycan və türkiyədə qeyd edilir. O cümlədən urmia, təbriz, ərdəbil, zəncan, xoy, şəbistər, usku, marağa, tikab(tikan təpə), nəxcivan və digər şəhərlər və çoxlu sayda azərbaycan kəndləri bu gecəni qeyd edirlər. Bu gecədə qar yağmaq çoxlu sevinc yaradır. Həmin gecə ayilə üzvləri, qohum, dost, tanış səmimiyyətlə bir yerə yiğışır və ilin ən uzun gecəsini meyvə və çoxlu şirniyyat yeməklə qeyd edirlər. Bu gecədə ən önəmli atributlarından biri qarpızdır. Əhali qarpız yiyir ki soyuqa yox desinlər. Belə ki hər ayilə həmin gecə mütləq bir qarpız almalıdır.Əgər yeni evlənənlər varsa onlarada valideynlari tərəfindən qarpız hədiyyə verilir. Cəviz (qoz) halvası, həvic (kök) halvası, paxlava (baqləva), toxum (semiçka)(tum) və meyvələr və digər şirniyyatlar da bu gecədə süfrədə olmalıdır. Bu gecə azərbaycanlıların ən gözəl və təkrar olunmaz yeganə gecə bayramıdır.
|
|
صفحه نخست پست الکترونیک آرشیو |
| درباره وبلاگ |
یازان: KÖNLİ G@NLİ
A.SH.M.O |
| آرشیو موضوعی |
|
راز آفرینش ترانه های دلم انتقاد و محبوبیت نصیحت مفهوم و تعاريف عشق از دیدگاه بزرگان عاشقانه ها چرک نویس های یک دیوانه متفرقه حرف های زیبا از بزرگان زن انسان و جنسیت شعر و ادب مناسبت ها |
| پیوندها |
|
تنهاتر از تنها-وبلاگ خودم غریبی بد دردی هست عشق یک حادثه است ولی جدایی یک قانون بهشت گمشده حرفهای ناتمام دکتر شریعتی |